
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən mayın 30-da saat 10:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar mayın 26-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.