Mayın 5-i 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.
Milli Kitabxanada əlilliyi olan şəxslərin hüquq və azadlıqları haqqında istifadəçilərin maarifləndirilməsi məqsədilə “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, sərgilərdə əlilliyi olan şəxslər haqqında dövlət siyasəti, onların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları, görülən tədbirlər, sosial müdafiənin hüquqi tənzimi, əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud insanların reabilitasiyası və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur.
Virtual sərgiyə bu linkdə baxmaq olar.