Milli Kitabxanada 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Milli Kitabxanadan verilən məlumata görə, sərgilərdə 20 sentyabrda şəhər günləri qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə dair rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi, qazanılmış şanlı Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, şəhidlərin döyüş yolu haqqında, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış barədə Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.



















