AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva iyulun 20-də “Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda keçirilmiş konfransda iştirak edib.
İnstitutdan verilən məlumata görə, təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin, millət vəkillərinin qatıldığı tədbir “Müasir İnkişaf” İctimai Birliyi və Crossmedia.az portalının təşkilatçılığı ilə keçirilib.
Tünzalə Seyfullayeva konfransda əski əlifbada çap olunmuş mətbuat nümunələrindən bəhs edin, Əlyazmalar İnstitutunda çox sayda bu cür qəzet və jurnalların qorunub saxlanıldığını diqqətə çatdırıb. O həmçinin elmdə, təhsildə və başqa sahələrdə qadınların fəaliyyətini əks etdirən "Şərq qadını" jurnalından söz açıb, onun institutun əməkdaşları tərəfindən müasir əlifbaya çevrilərək nəşrə təqdim ediləcəyini vurğulayıb.
***
İyulun 22-də AMEA Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirak etdiyi tədbirdə çıxış edənlər Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan mətbuatının tarixindən söz açıb, milli mətbuatın qabaqcıl ictimai ideyaların carçısı olduğunu diqqətə çatdırıblar.
Tədbir çərçivəsində bir qrup şəxs mətbuat sahəsində xidmətlərinə görə AMEA tərəfindən təltif olunub.
Akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənovaya mətbuat sahəsində səmərəli və məhsuldar fəaliyyətinə görə AMEA-nın “Təşəkkürnamə”sini təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.






















