Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərində (MKS) Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və İnformasiya-resurs şöbələrində çalışanların peşə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə iyulun 13-dən attestasiya başlanıb.

Attestasiya prosesi kitabxana sahəsində insan resurslarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir idarəetmə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi, eləcə də vətəndaşlara göstərilən kitabxana xidmətlərinin keyfiyyətinin daha da artırılmasına xidmət edir.

İyulun 25-dək davam edəcək prosesdə 65 rayon-şəhər MKS-lərdən ümumilikdə 1100-dək əməkdaşın attestasiya olunması nəzərdə tutulur.