Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunmuş "İnsan hüquqları aylığı" çərçivəsində Bülbülün Memorial Muzeyində görüş keçirilib.
Görüşdə 158 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.
Muzeyin böyük elmi işçisi Zeynəb Kərimova "Müasir dövrdə hüquq və azadlığın sərhədləri" adlı məruzə ilə çıxış edib.
Qeyd edək ki, 1998-ci ilin 18 iyun tarixində Prezident Heydər Əliyevin imzaladığı müvafiq fərmanla Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub və ölkəmizdə bu sahədə ardıcıl və sistemli fəaliyyətin möhkəm təməli qoyulub.
Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla 18 iyun Azərbaycan Respublikasında "İnsan hüquqları günü" kimi təsis edilib.
İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən hər il həmin əlamətdar gün ərəfəsində 18 may–18 iyun tarixləri “İnsan hüquqları aylığı” elan edilir, ay ərzində silsilə tədbirlər keçirilir.





















