İyunun 13-də Kürdəmir Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən ümumrayon konsert proqramı Kürdəmir Rayon İcra Hakimiyyətinin binası qarşısında baş tutub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Konsert proqramında regionun mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, Əməkdar artist Gülüstan Əliyeva, müğənnilər İlhamə Qasımova, Günel Nihat və başqa sənətçilər, xanəndə-müəllim Habil Məmmədov və şagirdləri çıxış ediblər.
İncəsənət nümayəndələrinin bayram ab-havalı ifaları, “Banu” rəqs qrupunun çıxışı izləyicilərin rəğbətini qazanıb, alqışlarla qarşılanıb.
























