Xalq yazıçısı, dövlət xadimi Elçin Əfəndiyevin (13.5.1943 – 3.8.2025) anadan olmasının 83-cü ildönümündə I Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar, AYB-nin birinci katibi Çingiz Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Kitabxananın direktoru professor Kərim Tahirov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli, AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu çıxış edərək, Elçinin Azərbaycan ədəbiyyatına və ictimai-siyasi həyatına verdiyi töhfələrdən danışıblar.

Çıxışlarda Elçin Əfəndiyevin şəxsiyyəti, yaradıcılığı, zəngin irsi, milli-mənəvi dəyərlərə bağlılığı, dövlətçilik fəaliyyəti xüsusi vurğulanıb.

Yazıçının qızı millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailə üzvləri adından anım mərasimi iştirakçılarına minnətdarlığını ifadə edib.