Milli Kitabxanada Azərbaycan xalqının 1941-1945-ci illər Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı unutmamaq, gələcək nəsillərə çatdırmaq və əlamətdar ildönümü münasibətilə “9 May – Faşizm üzərində Qələbə Günü” adlı virtual sərgi və “Faşizm üzərində Qələbə – 1941-1945) adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.

Virtual sərgidə (https://anl.az/el/vsb/9_May/index.htm) İkinci Dünya müharibəsinin tarixi,  döyüş meydanında və arxa cəbhədə baş verənlər tarixi hadisələr, Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi töhfələr, ön və arxa cəbhədəki qəhrəmanlıqlar, həmçinin xalqın müharibə dövründəki misilsiz əzmkarlığı və qəhrəmanlıq yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan  materiallar və fotolar nümayiş olunur.

Elektron məlumat bazasında (https://anl.az/el/emb/QELEBE/index.html) rəsmi sənədlər, II Dünya müharibəsi haqqında görkəmli şəxsiyyətlərdən sitatlar, qısa xülasə, Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı barəsində materiallar, xatirələr, məktublar, müharibə iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan poçt markaları, muzeylər, abidələr, kitablar, foto və videolar yer alır.