Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, YAP Sabirabad rayon təşkilatının birgə təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Xəmsə” intellektual yarışması keçirilib.
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunan tədbirdən öncə Ümummilli liderin Sabirabad şəhərindəki abidəsi ziyarət edilib.
Yarışmanın açılışında YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış ediblər.
Çıxışlarda Heydər Əliyev irsinin gənclər üçün bir məktəb olduğu vurğulanıb, bu kimi yarışların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və intellektual inkişafındakı əhəmiyyətindən bəhs edilib.
Yarışma maraqlı mübarizə şəraitində keçib, iştirakçılar müxtəlif mövzularda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
İntellektual oyunun gedişatında komandaların fikir mübadiləsi aparması üçün çay fasilələri təşkil olunub ki, bu da tədbirə xoş və səmimi bir ab-hava qatıb.
Yekun nəticələrə əsasən, “Paradoks” komandası I yerə, “Birlik” komandası II yerə, “Zəfər” komandası isə III yerə layiq görülüb. Qalib komandalar mükafatlandırılıb.























