Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə qəbul başa çatıb.

AKİ-dən bildirilib ki, müsabiqəyə 39 ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb.

Müsabiqə elanında da qeyd edildiyi kimi, birinci tura keçmiş ssenarilər iyulun 15-də, qalib ssenarilər isə avqustun 2-də (Azərbaycan Kinosu Günü) elan olunacaq.

Birinci turun nəticələri elan olunanda, müsabiqənin münsiflər heyətinin tərkibi də ictimaiyyətə açıqlanacaq.

Qaliblərə diplom və pul mükafatı (I, II, III yerlər üçün müvafiq olaraq 5000 AZN, 3500 AZN, 2500 AZN) veriləcək.