Tarixdəki olaylar
2 mart 1992 – BMT Baş Assambleyasının sessiyasında keçmiş SSRİ-nin 8 respublikası – Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova quruma üzv qəbul olunub. Prezident Z.Qamsaxurdianın devrilməsindən sonra Gürcüstanda legitim hakimiyyət olmadığı üçün Baş Assambleya bu respublika barədə qərarı bir qədər sonra, 1992-ci il iyulun 31-də qəbul etdi. Baltikyanı respublikalar 1991-ci ildə BMT-yə qəbul edilmişdi. Rusiya, Ukrayna və Belarusiya isə formal olaraq 1945-ci ildən BMT-nin üzvü idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 mart 1824 – Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana; 1824 – 12.5.1884) anadan olub.
2 mart 1824 – Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeviç Uşinski (1824 – 3.1.1871) anadan olub.
2 mart 1859 – Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Sholem Aleichem – əsl adı Solomon Naumoviç Rabinoviç; 1859 – 13.5.1916) anadan olub.
2 mart 1945 – Tərcüməçi, nasir, filologiya elmləri doktoru Zeydulla Abdulla oğlu Ağayev (1945 – 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
2 mart 1976 – Rejissor Rauf Mirmahmud oğlu Kazımovski (31.12.1928 – 1976) vəfat edib. Çoxsaylı radio və televiziya tamaşalarına, bədii televiziya filmlərinə quruluş verib.
2 mart 2003 – Tanınmış filosof, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 16.8.1936 – 2003) vəfat edib.
Hazırladı: Vüqar Orxan























