"Bakı Ağ Şəhər"də yerləşən incəsənət məkanı – "D’ART Gallery"də növbəti sərgi təşkil olunub.
Bu dəfə qalereyada "Art House Baku" studiyasının istedadlı tələbələrinin qrup sərgisi təqdim edilir.
Fevralın 21-də açılışı olan sərgi gənc rəssamların fərqli baxış və yaradıcılıq axtarışlarını, özünəməxsus üslublarını bir araya gətirib.
Ekspozisiya ziyarətçilərə təsviri sənətdə yeni adları kəşf etmək və müasir incəsənətin gənc nəfəsini hiss etmək imkanı yaradır.
Üç gün davam edəcək sərgiyə giriş sərbəstdir.
Qeyd edək ki, ötən ilin sonlarında açılışı olan "D’ART Gallery" qısa müddətdə sənətsevərlərin və peşəkarların müxtəlif layihələrdə bir araya gəldiyi məkana çevrilib.





















