AMEA-nın Rəyasət Heyətində Lənkəran Regional Elmi Mərkəzinin (REM) fəaliyyəti ilə əlaqədar müşavirə keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın regionlardakı elmi bölmələrinin və regional elmi mərkəzlərinin fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında danışıb.
Lənkəran REM-in direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev qurumun fəaliyyət istiqamətləri, aparılan tədqiqatlar, əldə edilmiş elmi nəticələr barədə məlumat verib.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov regionlarda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması barədə təklif və mülahizələrini bildiriblər.
Sonda akademik İsa Həbibbəyli Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, bir sıra elmi istiqamətlər üzrə tədqiqatların genişləndirilməsi və s. məsələlər barədə tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb.



















