İyulun 1-də Gəncə Dövlət Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Gəncə şəhərində fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb.

Ədalət Hacıyev media nümayəndələrinə teatrın fəaliyyəti, qarşıdakı yaradıcılıq planları və yeni layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Gəncə Dövlət Milli Dram Teatrında, Azərbaycan teatr sənətinin zəngin ənənələri yaşadılmaqla yanaşı, müasir səhnə estetikasına uyğun yeni tamaşaların hazırlanmasına, gənc yaradıcı qüvvələrin dəstəklənməsinə və repertuarın daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilir.

Ədalət Hacıyev teatrın 130-cu mövsümdə nümayiş etdirdiyi tamaşalar, iştirak etdiyi festivallar, bölgələrdə təşkil olunan qastrol səfərləri, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər, eləcə də tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə həyata keçirilən layihələrdən dı söz açıb. Bildirilib ki, teatrın yaradıcı kollektivi klassik və müasir dramaturgiyanın ən yaxşı nümunələrini səhnələşdirməklə milli mədəni irsin təbliğinə və Azərbaycan teatr sənətinin inkişafına töhfə verməkdə davam edir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb, teatrın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Media nümayəndələri belə görüşlərin mütəmadi olaraq kecirilməsinin teatrla əməkdaşlığın daha da möhkəmləndirilməsinə, ictimaiyyətin teatrın fəaliyyəti barədə operativ və dolğun məlumatlandırılmasına, eləcə də milli teatr sənətinin təbliğinə mühüm töhfə verəcəyini vurğulayıblar.