Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə II Opera Günləri keçirilir.
Layihə çərçivəsində iyunun 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olunub.
Teatrın simfonik orkestri, xoru və solistləri zəngin proqramla tamaşaçıların qarşısına çıxıblar.
Konserti dirijor, Əməkdar artist Əyyub Quliyev idarə edib.
Volfqanq Amadey Motsartın “Fiqaronun toyu” operasından uvertüra ilə başlanan proqram dünya və Azərbaycan opera sənətinin incilərindən musiqi nömrələri ilə davam edib.
Qeyd edək ki, Opera Günlərinin növbəti konserti iyunun 27-də Kamera və Orqan Musiqisi Zalında olacaq. Burada vokalçı, Əməkdar artist İlham Nəzərov "Kontratenor" adlı solo proqramını təqdim edəcək.
İyunun 30-da Heydər Əliyev Sarayında C.Verdinin “Otello” operasının tamaşası (premyera) ilə layihəyə yekun vurulacaq.

























