İyunun 23-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə Xalq artisti Sədayə Mustafayevanın (1926–2004) 100 illiyi münasibətilə "Sənətə həsr olunmuş ömür" adlı tədbir keçirilib.
Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək Sədayə Mustafayevanın yaradıcılığından, milli teatr və kino sənətinə töhfələrindən bəhs edib.
ATXİ sədrinin müavini Xalq artisti İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi İlham Rəhimli Sədayə Mustafayevanın yaradıcılıq yolundan danışıb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Aktrisanın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər göstərilib, şəkillərindən ibarət videoçarx nümayiş etdirilib.
Sonda Sədayə Mustafayevanın nəvəsi – teatrşünas Anar Ərtoğrul Burcəliyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
























