Xəbər verdiyimiz kimi, UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) Ədəbiyyat və Bəstəkarların Muzeyləri üzrə Beynəlxalq Komitəsi (ICOM-ICLCM), Tarixi Ev-Muzeyləri üzrə Beynəlxalq Komitəsi (ICOM-DEMHIST) və İtaliya Milli Xatirə Muzeyləri Assosiasiyasının (Associazione Nazionale Case della Memoria) təşəbbüsü ilə təsis edilən "Beynəlxalq Ev-Muzeyləri Günü" bu il 18-19 aprel tarixlərində keçirilir.

Ölkəmizdən bir sıra ev-muzeyləri bu təşəbbüsə qoşulub.

Əlamətdar gün münasibətilə Bülbülün Memorial Muzeyində Bakı şəhəri Şövkət Ələkbərova adına 20 saylı 11 illik uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.

Bu barədə muzeydən məlumat verilib.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.