Beynəlxalq Muğam Mərkəzində (BMM) Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert keçirilib.
Konsert orkestrin 95 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində təşkil edilib.
Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə təqdim olunan proqramda Əməkdar artist Gülüstan Əliyeva, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlana Abdullayeva, beynəlxalq və respublika müsabiqələri laureatları Aysu Sadıqova (qanun) və digər ifaçılar çıxış ediblər.
Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də müxtəlif xalqların rəqs melodiyaları səslənib.
BMM-dən bildirilib ki, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illik yubileyinə həsr edilmiş konsertlər il ərzində davam etdiriləcək.
























