Yanvarın 21-də Azərbaycan Turizm Bürosu Tailandın paytaxtı Banqokda keçirilən “Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi çərçivəsində keçirilən B2B görüşlərdə iştirak edib.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Tədbir çərçivəsində Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın görüş olub.
Görüşlərdə tailandlı tərəflərə Azərbaycanın mədəni irsi, təbiəti, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri və qış idmanı növləri üzrə potensialı barədə məlumat verilib.






















