Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 44 günlük Vətən müharibəsindəki Zəfərin 5-ci ildönümünə həsr olunmuş konsert keçirilib.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) çıxış edib.
Solistləri Tural Ağasıyev (tenor) və Nigar Əsgərova (soprano) olub.
Konsertdə Ceyhun Allahverdiyevin “Qələbə” üvertürası, Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır”, Rafiq Əliyevin “Şuşaya aparan yollar”, Niyazinin “Türk marşı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Çənlibel xoru, Eldar Mansurovun “Ulu Torpaq”, Faiq Sücəddinovun “Zəfər” simfonik poeması və Cavanşir Quliyevin “Əsgər marşı” əsərləri səsləndirilib.



















