Böyük Qayıdışın ünvanlarından olan Ağdam şəhərində Novruzun gəlişi münasibətilə bayram konserti təşkil olunub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən konsertdə incəsənət ustalarının ifasında rəngarəng musiqi nömrələri təqdim edilib.
33 il sonra külündən doğulub yenidən dirçələn şəhərin sakinləri bayram şənliyinə qatılıblar.
Bayram tədbirində Qarabağ kətəsi, şirniyyatlar, sakinlərin əl işləri təqdim edilib.
İştirakçılar rəsm sərgisinə də baxış keçiriblər.
Konsert proqramı sakinlərə və qonaqlara bayram ovqatı bəxş edib, böyük məmnunluqla qarşılanıb.
Sonda Novruz ənənələrinə uyğun olaraq bayram tonqalı qalanıb. Mahnılar səsləndirilib, şənlik iştirakçıları tonqal ətrafında “Yallı” rəqs ediblər.























