Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə martın 5-də Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində şair, bəstəkar Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib.
Görüşdə mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aparıcı yubilyarın həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatı və musiqi mədəniyyətinə töhfələrindən bəhs edib. Bildirib ki, Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayıb. Həm şair, həm bəstəkar kimi zəngin yaradıcılıq yolu keçib.
Görüşdə yubilyar tamaşaçıların sualları cavablandırıb. Müğənnilər Xanım İsmayılqızının bəstələdiyi, eləcə də sözlərinə yazılmış mahnıları ifa ediblər.























