Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəyli Qazaxıstanda Abay Beynəlxalq Poeziya Akademiyası (Abay International Poetry Academy) tərəfindən mükafata – “Abay Qızıl Medalı”na layiq görülüb.
“Abay Qızıl Medalı” ilə müxtəlif ölkələrdən yazarlar dünya ədəbiyyatının inkişafına verdikləri mühüm töhfələrə və bu sahədə qazandıqları nailiyyətlərə görə təltif edilir.
“Abay International Poetry Academy”nin prezidenti Uluqbəy Esdövlət tərəfindən imzalanan diplom və medal Bakıda, Azərbaycan Yazıçılar Birliyində Elçin Hüseynbəyliyə təqdim olunub.





















