Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə nazirlik məlumat yayıb.
Namizədlər nəticələri qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə əldə edə bilərlər.
Qəbul olunan namizədin tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yüklənməklə qəbul təsdiqlənməlidir.
Yeni tədris ilində bütün şagird və müəllimlərə uğurlar arzulayırıq!



















