
Azərbaycan Aşıqlar Birliyinin (AAB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi layihə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə yekunlaşıb.
Layihə çərçivəsində hazırlanmış eyniadlı kitab nəşr olunub.
AAB-dən bildirilib ki, kitabda Qərbi Azərbaycan aşıqlarının repertuarından seçmə dastanlar yer alıb.
Layihənin rəhbəri AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru professor Mahirə Hüseynova, nəşrə hazırlayanı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçilər ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının dosenti Altay Məmmədlidir.
Kitab müvafiq təşkilatlara ödənişsiz paylanılacaq.