Şirvan-Salyan RMİ-nin tabeliyindəki Hacıqabul rayon Heydər Əliyev Mərkəzində gənc rəssam Aksana Baxışovanın "Gənc ruhun palitrası" adlı fərdi sərgisi açılıb.

"İstedadlar sorağında" layihəsi çərçivəsində təşkil olunan tədbirdə çıxış edənlər gənclərin yaradıcılıq nailiyyətlərinin cəmiyyətə təqdim olunmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu cür layihələr istedadlı gənclərin üzə çıxarılmasına, onların gələcək uğurlu fəaliyyətinə stimuldur.

Sərgidə A.Baxışovanın “Payızın ecazkar gözəlliyi”, “Bakının keçmiş və müasir aurası”, “Qovuşmayan ümidlər”, “Baharın sevimli müjdəsi” və digər tabloları böyük marağa səbəb olub.

Gənc rəssam Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərmanla təltif olunub.

"Gənc ruhun palitrası" sərgisi iyulun 27-dək baxış üçün açıq olacaq.

Nurəddin