“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun (Hacıqabul rayonu) və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin bununla bağlı 23 aprel 2025-ci il tarixli qərarını imzalayıb. 

Həmçinin "Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarı ləğv edilib.

Nazirlər Kabinetinin daha bir qərarı ilə “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq və Zaqatala Tarix-Mədəniyyət qoruqlarının sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiq edilib.

***

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarı ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 aprel 2025-ci il

№ 128

***

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələrin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.3-2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilsin (əlavə olunur).

2. Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 aprel 2025-ci il

№ 129